Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Çinlə ciddi ticarət razılaşmasına
nail olduğunu və yaxın gələcəkdə razılaşmanın imzalanacağına
ümidvar olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə D.Tramp Pensilvaniyada
çıxışı zamanı deyib.
“Çinlə inanılmaz razılaşmalar əldə etdik”, – deyə o bildirib.
ABŞ prezidenti əlavə edib ki, Çin ABŞ-dan “trilyonlarla dollar”
dəyərində məhsullar alır.
Amerika prezidenti Çinlə ticarət müqaviləsinin hələ
imzalanmadığını etiraf edib, lakin onun “tezliklə imzalanacağına”
əminlik ifadə edib.

