Floridada CAIR və “Müsəlman Qardaşları” xarici terrorçu təşkilatlar elan edilib

Baş səhifə

ABŞ-ın Florida ştatının qubernatoru Ron DeSantis Amerika-İslam Münasibətləri Şurasını (CAIR) və “Müsəlman Qardaşları” təşkilatını “xarici terrorçu təşkilatlar” kimi tanıtdığını açıqlayıb.

APA xəbər verir ki, qubernator qərarın prezident Donald Trampın “Müsəlman Qardaşları”nın bəzi qollarını terror siyahısına salmasından sonra verildiyini bildirib.

DeSantis “X” hesabında paylaşdığı açıqlamada Florida agentliklərinə bu təşkilatların qanunsuz fəaliyyətlərinin qarşısını almaq üçün bütün hüquqi tədbirləri görmək, həmçinin onlara maliyyə dəstəyi göstərən şəxslərə imtiyaz və resurs verilməsini dayandırmaq tapşırıldığını deyib.

CAIR isə bildirib ki, qubernatorun bu qərarı konstitusiyaya zidd və böhtan xarakterlidir. Onlar məsələ ilə bağlı məhkəməyə müraciət etməyi planlaşdırır.