Bakı.Trend:
Sumqayıt şəhəri, Abşeron rayonu və Qobu qəsəbəsinin bəzi
ərazilərinin qaz təchizatında fasilə yaranacaq.
Trend xəbər verir
ki, bu barədə. “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov
küçəsində və Abşeron rayonu, Qobu qəsəbəsi Q.Xaliqov küçəsində qaz
xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 10.12.2025-ci saat
10:00-dan işlər yekunlaşanadək qaz təchizatı müvəqqəti
dayandırılacaq.

