Bu hallarda işçilərə intizam tənbehi vermək mümkün olmayacaq

Baş səhifə

Bakı. Trend:

İşçilərə intizam tənbehinin verilməsi qaydalarında dəyişiklik
ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, intizam tənbehi, işçi tərəfindən
əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən
bir ay keçənədək verilə bilər.

İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu
vaxt
həmin müddətə daxil edilmir.




Layihəyə əsasən, işçinin əmək qabiliyyətini müvəqqəti
itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə Əmək Məcəlləsində
nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı
dövrlər
həmin müddətə daxil edilməyəcək.

Mövcud qanunvericiliyə görə, məzuniyyətdə, ezamiyyətdə olan,
əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində
işçiyə
intizam tənbehi verilə bilməz.

Layihəyə əsasən, məzuniyyətdə olduğu, əmək qabiliyyətini
müvəqqəti itirdiyi, habelə Əmək Məcəlləsində nəzərdə tutulan
işçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallarda iş
yerində olmadığı müddətdə
işçiyə intizam tənbehi verilə
bilməz.