ABŞ-də neft hasilatı gələn il 2025-ci illə müqayisədə gündəlik orta hesabla 80 min azalaraq 13,53 milyon barelə düşəcək.
“Report” xəbər verir ki, bu, ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin hesabatında qeyd olunub.
2025-ci il üzrə neft hasilatı proqnozu isə əvvəlki qiymətləndirmə ilə müqayisədə 20 min artırılaraq 13,61 milyon barel səviyyəsinə qaldırılıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

