
“Real Madrid” mövsümün sonunda müqaviləsi başa çatacaq David Alabanın klubdan getməsinə razılıq verib.
Metbuat.az xəbər verir ki, klub futbolçunun azad agent kimi ayrılmasına mane olmayacaq. Məlumata görə, “Real” mövsümün sonunda müdafiə xəttində islahatlar aparmaq istəyir. Bildirilir ki, zədələrə görə, uğurlu oyun nümayiş etdirə bilməyən Alabaya yeni müqavilə təklif olunmayacaq. “Real”ın müdafiədə gənc futbolçulara şans vermək istədiyi iddia edilir. Alabanın müntəzəm oynaya biləcək kluba transfer olmaq istədiyi irəli sürülüb.
Onun adı bir sıra MLS klubları ilə hallanır. Alabanın “Qalatasaray”a marağının olduğu barədə məlumatlar dərc edilib. Futbolçu “Qalatasaray”ın oyunlarını izləyədiyinə dair sosial mediada paylaşımlar edib.

