
Türkiyənin məşhur aktrisası Yıldız Asya həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülüb.
Metbuat.az xəbər verir ki, bu barədə sənətçi özü açıqlama yayıb. 8 ay əvvəl Mustafa Semih Dəmirçi ilə nikaha girən Yıldız Asya ərinin hücumuna məruz qaldığını bildirib.
Aktrisa zorakılığa məruz qaldığını əks etdirən fotoları özünün sosial şəbəkə hesabında paylaşıb.
Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanıb. Minlərlə insan hüquq-mühafizə orqanlarını xanımını döyən Mustafa Semih Dəmirçi ilə bağlı tədbir görməyə çağırıb.
Faktla bağlı araşdırma başladılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

