“Qalatasaray” “Spartak Moskva”nın ulduzunu istəyir

Baş səhifə

Türkiyənin “Qalatasaray” klubu yarımmüdafiə xəttini gücləndirmək qərarına gəlib. Baş məşqçi Okan Buruk hazırda “Spartak Moskva”da top qovan Gedson Fernandeşi heyətə daxil etmək istəyir.

Metbuat.az xəbər verir ki, Fernandeş “Beşiktaş”ın əsas oyunçularından biri olub. O, bu mövsümün əvvəlində Rusiyanın “Spartak Moskva” klubuna keçib. İstanbul klubunun Fernandeşin müqabilində 26 yaşlı yarımmüdafiəçi Qabriel Saranı moskvalılara verməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Rusiya komandası Fernandeşin transferi üçün bonuslar da daxil olmaqla 27 milyon avro xərcləyib.

Saranın isə bazar dəyəri 22 milyon avrodur. Rusiyanın “Zenit” və İngiltərənin “Lids Yunayted” klubları da Saranın xidmətində maraqlıdır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.