“Ətirşah” butikin “Vətən qoxusu” kolleksiyasının təqdimatı keçirilib.
“Report” xəbər verir ki, bu ilin avqustun 6-da fəaliyyətə başlayan butik təkcə ətir satışı ilə deyil, Azərbaycan mədəniyyətini qoxu dili ilə təqdim edən xüsusi məkan kimi tanınır.
Mərkəzdə üç kolleksiyanı əhatə edən 20 müxtəlif ətir, həmçinin “Vətən” seriyasına daxil olan şamlar, sabunlar və otaq ətirləri nümayiş olunur. Hər bir məhsul milli motivlərdən ilhamlanaraq hazırlanıb.
“Ətirşah” brendinin icraçı direktoru Qamət Xasayev bildirib ki, brendin məqsədi yalnız ətir təqdim etmək deyil, Azərbaycan qoxu mədəniyyətini dünyaya tanıtmaqdır: “Həm yerli bazarda, həm də qlobal arenada inamlı addımlarla irəliləməyi hədəfləyirik”
.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

