Qusarda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub

Baş səhifə
Qusarda yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub

Qusarda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

“Report”un Şimal bürosunun məlumatına görə, Hil kəndində “ZİL” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 1959-cu il təvəllüdlü S.Saruxanov, 1974-cü il təvəllüdlü A.Güləliyev, 1962-ci il təvəllüdlü İ.Ağakişiyeva və 1989-cu il təvəllüdlü R.Balabekov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qusarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə nəticəsində üç kişi, bir qadın ağır xəsarət alıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.