Zelenski Trampın Ukraynada seçki keçirilməsi ilə bağlı çağırışına cavab verib

Baş səhifə

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın Ukraynada seçki keçirilməsi ilə bağlı çağırışına cavab verib.

APA xəbər verir ki, Zelenski bu barədə Romada İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Ukrayna prezidenti seçkilərin keçirilməsinə hər zaman hazır olduğunu deyib.

“Mən həmişə seçkilərə hazıram”, – o bildirib.