NİİM müşahidə edilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Baş səhifə
NİİM müşahidə edilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət edib.

Mərkəzdən “Report”a verilən məlumata görə, müraciətdə Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirildiyi bildirilir.

“Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, – müraciətdə bildirilir.