
Bakı. Trend:
Qanunvericilikdə natamam iş vaxtı anlayışı
təkmilləşdiriləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, natamam iş vaxtı əməyin ödənilməsi
ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da
tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Layihəyə əsasən, işəgötürən vakant vəzifə (peşə) yarandıqda və
əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə
natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün
tədbir görməli olacaq.

