Ukrayna tezliklə Avropa tərəfdaşları ilə birlikdə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə planı ABŞ-yə göndərəcək.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında açıqlayıb.
“Bu gün danışıqlar qrupumuzla bir gün əvvəl Londonda Avropa tərəfdaşlarımızın milli təhlükəsizlik müşavirləri səviyyəsində aparılan işin nəticələrini müzakirə etdik”, – o qeyd edib.
Zelenski müharibəyə son qoymaq üçün planın bütün bəndləri üzərində aktiv iş aparıldığını vurğulayıb: “Ukrayna və Avropanın təklifləri demək olar ki, tam hazırlanıb və biz onları ABŞ-dəki tərəfdaşlarımıza təqdim etməyə hazırıq. Onlarla birlikdə mümkün addımları effektiv və sürətli şəkildə atmağı gözləyirik”.
O əlavə edib ki, Ukrayna əsl sülhdə maraqlıdır və ABŞ ilə daimi əlaqə saxlayır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

