İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə bu gün Bratislavada keçirdiyi görüş iki ölkənin münasibətləri dərinləşdirməkdə və onların konkret layihələrdə təcəssüm etdirilməsində maraqlı olduqlarını təsdiqləyib.
“Report”un məlumatına görə, bu barədə Slovakiya Milli Şurasının sosial şəbəkələrdəki məlumatında bidirilib.
Qeyd olunub ki, müzakirə mövzuları Slovakiya və Azərbaycan parlamentləri arasında əməkdaşlığın inkişafı məsələləri, o cümlədən parlament komitələri arasında təcrübə mübadiləsi olub.
“Belə əməkdaşlıq təkcə Avropa üçün deyil, bütün dünya üçün ortaq vəzifələrin effektiv həllərini tapmağa imkan verir”, – məlumatda vurğulanıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

