Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlıqda maraqlıdır

Baş səhifə
Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlıqda maraqlıdır

Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Belə ki, Azərbaycan paytaxtında keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbirində Liviya Dövlətinin mədəniyyət və koqnitiv inkişaf naziri Mabroukah Osman Toghi də iştirak edir.

Dekabrın 9-da Bakı Konqres Mərkəzində mədəniyyət naziri Adil Kərimli ilə liviyalı həmkarı arasında ikitərəfli görüş olub.

Adil Kərimli Azərbaycanla Liviyanın BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində uğurla əməkdaşlıq etdiklərini deyib, festivalın iki ölkənin mədəni əməkdaşlığını müzakirə etmək üçün yaxşı fürsət olduğunu diqqətə çatdırıb.

Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlıq qurmaq niyyətində olduqlarını vurğulayan liviyalı nazir iki ölkə arasında mədəni münasibətlərin genişləndirilməsi üçün birgə fəaliyyətin səmərəli nəticələr verəcəyinə inamını ifadə edib.

Görüşdə mədəni əlaqələrin perspektivləri müzakirə olunub, gələcəkdə bu istiqamətdə təmasların davam etdirilməsi barədə razılığa gəlinib.