Bulvardakı buz meydançası təbiidir?

Baş səhifə

Xəbər verdiyimiz kimi, Dənizkənarı Bulvarda ilk açıq hava buz meydançası istifadəyə verilib. “ÜNNA Studio” tərəfindən qurulan və “Nargis” Fondu tərəfindən təşkil olunan meydança “Dinamo” ərazisində yerləşir. Sosial şəbəkələrdə isə meydançanın buzdan deyil, plastmasdan hazırlandığı iddia edilir.

Metbuat.az-ın məlumatına görə, meydançanın təqdimatı zamanı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva jurnalistlərə açıqlamasında bunun süni buz meydançası olduğunu bildirmişdi.

Məlumdur ki, Bakının iqlim şəraiti təbii buz üçün uyğun deyil və təbii buz meydançasının qurulması yüksək xərc tələb edir. Bununla belə, sosial şəbəkələrdə meydançanın təbii buzdan ibarət olmaması ilə bağlı müxtəlif reaksiyalar paylaşılıb.

Qeyd edək ki, meydança dekabrın 1-dən yanvarın 5-dək fəaliyyət göstərəcək.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.