Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru
üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq
3,3 milyard ABŞ dolları təşkil edib.

Trend xəbər
verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr sayında bildirilib.

Məlumata görə, 2025-ci ilin yanvar-noyabr aylarında yeyinti
məhsulları üzrə ixrac 19,4% artaraq 1,1 milyard ABŞ dollarına
bərabər olub.




Cari ilin on bir ayında ixrac olunan şəkər ötən ilin müvafiq
dövrünə nəzərən 19,6 milyon ABŞ dolları və ya 52,4%, meyvə-tərəvəz
179,6 milyon ABŞ dolları və ya 28,6%, alüminium və onlardan
hazırlanan məmulatlar 30,6 milyon ABŞ dolları və ya 16,8%,kimya
sənayesi məhsulları 36,9 milyon ABŞ dolları və ya 13,9%, pambıq
iplik 3,6 milyon ABŞ dolları və ya 13,3%, çay 177,6 min ABŞ dolları
və ya 3%, bitki və heyvan mənşəli piylər və yağlar 500,2 min ABŞ
dolları və ya 2% artıb.

2025-ci ilin yanvar-noyabr aylarında aqrar məhsullar üzrə ixrac
27,1% artaraq 892,1 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları
üzrə ixrac isə 0,3% artaraq 288,2 milyon ABŞ dollarına bərabər
olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı
19,4% artaraq 1.2 milyard ABŞ dolları təşkil edib.