“Qarabağ” – “Ayaks” oyununda gözlənilənlər – Astroloji PROQNOZ

Baş səhifə

Çempionlar Liqasında uğurla çıxışını davam etdirən doğma “Qarabağ” klubu artıq həlledici oyunlar ərəfəsindədir. Əvvəlki iki oyun üçün (“Çelsi” və “Napoli”) verdiyim proqnozlara həddən artıq oxucu marağını nəzərə alaraq “Qarabağ”ın “Ayaks”la gözlənilən qarşılaşmasını bir qədər geniş təhlil etdim.

Budəfəki təhlilə komandaların kapitanları və qapıçılarının gözlənən performanslarını da daxil etdim. Eyni zamanda “Qarabağ”ın oyununu astrologiyanın xüsusi – idman üçün olan növü “İdman astrologiyası” ilə də araşdırdım. Düzünü desəm, təhlili genişlətdikcə qeyri-müəyyənliklər, ehtimallar da artdı və proqnoz dəqiqliyi daha da azaldı. Məsələn, “İdman astrologiyası” ilə verilən proqnozların 65%-ə qədər doğruluğu müəyyən edilsə də, digər astroloji sistemlərin doğruluq nisbəti haqda heç bir yerdə məlumata rast gəlmədim. Keçəndəfəki proqnozları 4-5 sistemə görə aparmışdımsa, “Ayaqks”la oyunu 10-dan çox sistemlə araşdırdım.

Beləliklə, keçək oyunla bağlı göylərin “fısıldadıqlarına”. Önə çıxan məqamları diqqətinizə çatdırıram:

Proqnoz ardıcıllığını ümumidən xüsusiyə doğru sıralayaq (il, ay, gün şəklində)

Çin Astrologiyasına görə, “Ayaks” Siçan ilində (1900), “Qarabağ” isə Dovşan (1951) ilində yaranıb. Siçan ağıllı və çevik olması, Dovşan isə strategiya, sabitlik, amma az risk etməsiylə seçilir. Belə olan halda, Siçan (“Ayaks”) hücum tempini yüksəldərsə, Dovşanın (“Qarabağ”) əks hücumla cavab verəcəyi istisna edilmir.

“Qarabağ” (1951-Qaban ili) ilə İlan ili (2025) arasında güclü toqquşma mövcuddur. Bu, gərginlik və dramatik anlar deməkdir. “Ayaks” (1900-Öküz ili) üçün enerji neytraldır. Toqquşma “Qarabağ” üçün evdə oynamağın gətirdiyi partlayıcı enerji kimi təzahür edə bilər. (Çin Metafizikası (BaZi))

“Ayaks” (Balıqlar bürcü -18.03.1900) və “Qarabağ” (Şir bürcü-21.07.1951 ) arasında gərgin münasibət (kvadrat aspekt) mövcuddur. Balıqlar (Su) və Şir (Od) elementləri bir-birini söndürməyə və ya buxarlandırmağa meyillidir. Oyun günü də Günəş Oxatan (Od) bürcündədir. Bu, “Qarabağ” üçün optimal Od enerjisi deməkdir. Oxatan Şir (Od) ilə dost, Balıqlar (Su) ilə isə neytral/gərgin münasibətdədir ki, “Qarabağ”ın (Şir) oyunun ümumi enerjisi ilə daha uyğun olduğunu göstərir. Od enerjisi Suyun dominantlığını azalda bilər. Nəticə etibarı ilə oyunun sürətli və qol imkanları ilə zəngin olacağı gözlənilir. Günəşin Oxatanda güclü olması səbəbiylə (Günəş burda “Qarabağ”ı təmsil edir), ev sahibinin qəti üstünlüyünü önə çıxır (Qərb astrologiyası).


Oyun günü Saturn planetinin himayəsindədir ki, o da daha çox səbr edən, dözümlü komandaya işləyir, bu isə “Qarabağ”a üstünlük verir. Yəni “Qarabağ” qapalı müdafiəni yararsa, nəticə onun üçün arzulanan olacaq. Həmçinin, Saturn daha çox mübarizə ilə qazanılan nəticəni dəstəkləyir ki, onun təsiri ağır, məsuliyyətli oyuna işarə edir. “Ayaks”ın estetik futbol oynayacağı ehtimal olunsa da, “Qarabağ”ın Saturn təsirinə uyğun, nizam-intizamlı, fiziki dözümlülük, iradə sərgiləməsi gözlənilir. Bu oyunda daha çox əziyyət çəkən qazanacaq (Vedik (Jyotish) Astrologiya).

Günəş (“Qarabağ”ın himayəçisi), Uran (“Ayaks”ın himayəçisi) və Saturn (günün idarəedicisi) enerjiləri oyun zamanı sürpriz, dözüm və güclü iradə tələb edən mübarizə verəcək.

Bu sistemlərdə “Qarabağ”ın ev sahibliyinin ona avantaj gətirəcəyi qeyd olunur. “Ayaks”da isə “qonaq yorğunluğu”nun Avropa səfərlərində “bitiş” enerjisini – məğlubiyyət, ya da möhtəşəm performansın sonu vurğulanır.

“Ayaks” Raxunun (illüziya) təsiri altında ola bilər ki, bu səhv qərarlar, ofsayd xətaları deməkdir. Rahu “Ayaks” üçün gözlənilməz hallara işarə edə bilər. (Vedik Astrologiya (Jyotish)).

“Qarabağ” psixoloji üstünlükdə olacaq, planetlərin tranzitləri də onu dəstəkləyir. “Qarabağ”ın məşqçisi planetlərin dəstəyi ilə taktiki üstünlüyü ələ keçirə bilər. “Ayaks”a son dəqiqə fürsətləri düşür, lakin enerjisi yetmədiyi üçün “Qarabağ”ın qələbəsi ehtimal olunur (Nakşatra Analizi (Veda Astrologiyası)).

Komandalar Sinastriyasında “Qarabağ”ın Günəşi (Şir) “Ayaks”ın Marsı ilə birləşmə təşkil edir. Bu, meydanda yüksək aqressivlik, qol şansları və hər iki tərəfdən sürətli hücumlar deməkdir. “Qarabağ” “Ayaks”ın hücum enerjisini öz xeyrinə istifadə edə bilər.

Planetlərin tranzitində Saturn (məhdudiyyət) “Ayaks”ın natal xəritəsində Balıqlar bürcündə olur ki, bu, komanda üçün karyerada böyük çətinliklər, məhdudiyyətlər və məyusluq dövrü deməkdir. “Ayaks” Saturn tranziti ilə çətin dövr keçirir, bu da onların zəif müdafiəsinə səbəb ola bilər.

Ayrı-ayrı detalları da qeyd etsək yerinə düşər.

Hesaba daha yüksək ehtimalla az fərqli səhvlər və epizodlar təsir edə bilər. Statistik oyun göstəricilərinə görə, “Ayaks” texniki baxımdan güclüdür, amma “Qarabağ”ın formada olması və ev faktorunu bərabərlik və ya 1 qol fərqi üstünlüyü önə çıxarır. Sistemlərin əksəriyyətində meydan sahibliyi və kapitan Zubirin liderliyi faktoru Qarabağ üçün kiçik fərq yaradır, ancaq “Ayaks”ın texniki üstünlüyü və hücum sürəti bir neçə sistemdə favorit olaraq qalır. “Qarabağ”ın qeyri-ənənəvi əks-hücum strategiyası işləyə bilər.

Ev sahibi üçün press və dikinə pas oyuna keçidlər, “Ayaks” üçün cinah dəyişmələri və yarımmüdafiə bağlantısı oyununun şahidi ola bilərik. Kommunikasiya və qərar anlarında xırda səhvlər keçid oyunlarına şanslar yarada bilər. “Qarabağ”ın kompakt bloku “Ayaks”ın kombinasiyalarını yavaşlada bilər, “Ayaks”ın texniki üstünlüyü ilə yarımmüdafiədə boşluqlar axtarılacaq. Kapitan Zubirin Saturn təsiri müdafiəni gücləndirir.

Komanda kapitanlarının və qapışılarının performansına nəzər salaq.


Qərb astrologiyasında komanda “profil”i (komanda liderinin – kapitanın və məşqçinin planetlərinin vəziyyəti) vacibdir. Zubirin natal enerjisi (səbir və liderlik) ev meydanında müsbətdir, “Ayaks” isə sürətli hücum planları ilə Uran/Mars tranzitlərindən faydalana bilər.

Komandaların natal/profil xəritələrin sinastriyada bir-birinin üstünə qoyanda “Ayaks”ın kollektiv sürət və hücum dinamizmi “Qarabağ”ın müdafiəsinə nisbətən üstün görünür, amma “Qarabağ”ın meydan sahibliyi, kollektiv ruhu kapitan Zubirin taktiki rolunda balans yaradır.

Zubirin liderlik Ay enerjisi oyunda döyüşkən, koordinasiyalı davranış verə bilər.

Lider (kapitan) rolundakı Zubir müqavimət və son dəqiqə təsiri göstərə bilər, buna görə də oyun sonunda “Qarabağ” üçün şans pəncərəsi qalır.

Oyun günü “Böyük Xoşbəxtlik” planeti olan Yupiter (Xərçəng bürcündə), Zubirin Günəşinə (Qız) 60 dərəcəlik çox müsbət bucaq (Sextile) yaradır. Bu, futbolçuda yüksək intuisiya, dəqiq ötürmələr və komandanı idarə etmək bacarığını maksimuma çatdırır.

Tranzit Mars (Oxatan – Od) Zubirin Günəşinə neqativ bucaq altındadır. Bu, onun fiziki olaraq çox qaçacağını, lakin eyni zamanda bir qədər əsəbi ola biləcəyini göstərir. O, oyunun taleyini həll etmək üçün özünü riskə atacaq.

Zubirin idarəedici planeti Merkuri matç günü aktivdir. Bu, onun rəqib müdafiəsini yaran “ağıllı paslar” verəcəyini proqnozlaşdırır.

Zubir meydanda “beyin” rolunu oynayacaq. Qol vurmasa belə, qolun memarı o olacaq. (Performans reytinqini 8.5/10 qiymətləndirmək mümkün olacaq)

“Ayaks”ın kapitanı Stiven Berqveyn oyun günü Saturn planetinin sınağındadır (180 dərəcəlik bucaq). Bu, Berqveyn üçün ən ağır göstəricidir. Tranzit Saturn (Qoç bürcü) Berqveynin Günəşinə (Tərəzi) tam qarşı-qarşıya dayanır. Astrologiyada bu aspekt “divara çırpılmaq” deməkdir. O, özünü meydanda tək hiss edə bilər, hərəkətləri bloklana bilər və ya psixoloji yorğunluq yaşaya bilər.

Tranzit Günəş ona bir qədər enerji verir, lakin Saturnun “buz” təsiri bu “od”u söndürür. O, parıltılı anlar yaşasa da, son zərbəni vurmaqda çətinlik çəkəcək. Marsın mövqeyi onun tez əsəbiləşib lazımsız cərimə zərbələrinə səbəb ola biləcəyini və ya hakimlə mübahisə edəcəyini göstərir. Berqveyn üçün çox çətin bir axşam olacaq. O, liderlik yükünü qaldırmaqda çətinlik çəkəcək və ehtimal ki, ikinci hissədə əvəzlənəcək. (Performans reytinqi 5.5/10)

Yekunda bildirim ki, Abdullah Zubir komandasını sakit və ağıllı şəkildə idarə edərək qələbənin əsas açarı olacaq. Stiven Berqveyn isə “Qarabağ”ın müdafiəsi və öz daxili gərginliyi arasında sıxılıb qalacaq.

Bu təhlil “Qarabağ”ın üstünlüyünü təsdiqləyir.

Qapıçıların performans analizi isə daha da maraqlıdır. Belə ki, keçən yazımda “Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin möhtəşəm seyvlər edəcəyini, penalti qurtaracağını qeyd etmiş və haqlı çıxmışdım. Bu oyunda da o, gözəl oyununu davam etdirəcək.


Mateuş Koxalski (doğum tarixi 25 iyul 2000-ci il, bürcü Şir) oyunun “Od elementi” enerjisi ilə birbaşa bağlıdır. Bu, oyunun astroloji mənzərəsini tamamilə dəyişir və “Qarabağ” üçün müsbət mənada gücləndirir. Baxın niyə:

Qapıçı özünü evində, tam komfortda və özgüvənli hiss edəcək. Stadiondakı kütlənin (Ay) enerjisi birbaşa qapıçıya (Şir) ötürüləcək. O, oyunun ulduzu ola bilər.

Tranzit Mars (Oxatan – Od) Koxalskinin Günəşinə (Şir – Od) 120 dərəcəlik (Trin) ən şanslı bucağı yaradır. Mars idmançılar üçün ən vacib planetdir. Bu aspekt Koxalskiyə ildırım sürətli reflekslər və cəsarət verir. O, adi günlərdə tuta bilməyəcəyi topları bu oyunda çıxaracaq.

Yeganə risk – tranzit Plutonun (Dolça bürcündə) Koxalskinin Günəşinə qarşı (qarşıdurma 180 dərəcə) dayanmasıdır. Bu, böyük təzyiq deməkdir. “Ayaks” tərəfindən qapıya çoxlu zərbə gələ bilər və ya çox gərgin bir an (məsələn, penalti) yaşana bilər. Lakin Marsın dəstəyi onu göstərir ki, Koxalski bu təzyiq altında sınmayacaq, əksinə, “qəhrəmanlaşacaq”.

Qol buraxma ehtimalına gəlincə, Koxalski əla oynayacaq. Plutonun təzyiqi səbəbindən bəlkə 1 top buraxa bilər (qarışıqlıqdan), amma qapısını toxunulmaz saxlamaq şansı, Vítězslav Jaroşla (“Ayaks”ın qapıçısı) müqayisədə qat-qat yüksəkdir.

“Ayaks”ın qapıçısının (Vítězslav Jaroş) performansında liderlik keyfiyyətləri və cəsarət önə çıxacaq. Jaroşun emosional olaraq kiçik təzyiq altında olacağını və ya qərarlarında əlavə diqqətə ehtiyac duyacağını göstərir. Astroloji xəritə onun gözlənilməz zərbələrə və ya qəfil əks-hücumlara qarşı hazır olmasını tələb edir. Jaroşun zərbələri və ötürmələri qabaqcadan görmə qabiliyyəti yüksək olacaq. Lakin bu, həm də təzyiqin ikiqat artması deməkdir. Oyunun axınına təsir etmək və rəqibin hücumlarını “kəsmək” üçün güclü bir enerjiyə sahib olduğu vurğulanır. Vítězslav Jaroşun “Qarabağ”la oyundakı performansı yüksək inam və intizam ilə xarakterizə olunacaq, lakin bəzi emosional gərginlik və ya gözlənilməz anlara hazır olmalıdır.

Şir bürcünün Od enerjisi ona komandasını müdafiədə idarə etmək üçün lazım olan cəsarəti və inamı verəcək. Ayın Oğlaq bürcündə olması səbəbindən, Jaroş oyunun kritik anlarında (xüsusilə ilk qol buraxıldıqdan sonra) emosional təzyiq hiss edə bilər. Matçın Uran (4) enerjisi “Qarabağ”ın qeyri-standart zərbələrinə və ya künc zərbələrindən sonra yaranan qarışıqlığa qarşı diqqətli olmağı tələb edir. Jaroşun performansı yaxşı olacaq və bir neçə kritik xilas etmə edə bilər, lakin “Qarabağ”ın “ev enerjisi” və hücumları səbəbindən qol buraxma ehtimalı yüksəkdir. O, ən azı bir qol buraxmağa meylli, lakin komandasını daha böyük fəlakətdən qorumağa qadir bir performans göstərəcək.

Bütün sistemlərdə təkrar-təkrar çıxan əsas açar faktorlar bunlardır:


Oyun psixoloji gedişatlı olacaq. “Ayaks” texniki favorit olsa da, “Qarabağ” psixoloji və ev meydanı üstünlüyünə malikdir (Bərabərlik real təhlükədir). Amma bu oyun texniki yox, emosional qırılmalarla həll olunacaq.

İlk qolun “Qarabağ”dan gəlmə ehtimalı yüksəkdir. “Qarabağ” erkən qol vura bilər, “Ayaks” ikinci hissədə oyunu çevirər.

Penalti və ya qırmızı kart ehtimalı orta-yüksəkdir. Penalti ehtimalı 18–22%, qırmızı kart ehtimalı 22–28%-dir. Ən çox risk altında olan tərəf “Ayaks”ın müdafiəsidir.

Kapitanların duelində  psixoloji üstünlük “Qarabağ”dadır. Zubir sabit, soyuqqanlı, Berqveyn sürətli, amma stressdə, zəifləyən performans göstərəcək. Bu, son 10 dəqiqədə “Qarabağ”a ani üstünlük şansı verir.

“Ayaks”ın natal xəritəsinə tranzit Saturn komanda üçün böhran, məhdudiyyət və məyusluq dövrünü göstərir. Bu, “Ayaks”ın müdafiəsinin zəif olacağını proqnozlaşdırır.

Stressə davamlılıq, soyuqqanlılıq və son dəqiqə qərarları nəticəyə təsir edəcək.

Abdullah Zubir oyunun əsas açarı olacaq (çox sistemdə qol/assist/ qələbənin memarı kimi göstərilir).

“Ayaks” müdafiəsində boşluq nəticədə penalti/qırmızı kart riski yüksəkdir.

Təhlil olunan sistemlərin əksəriyyəti, xüsusilə də kapitanların və qapıçıların şəxsi tranzitləri, “Qarabağ”ın bu matçda həm taktiki, həm də enerji baxımından üstün olacağını təsdiqləyir. Ən ehtimal olunan nəticə “Qarabağ”ın qapısını toxunulmaz saxlayaraq və ya minimum bir qol buraxaraq qələbə qazanmasıdır.

Ən yüksək qol ehtimalı aralığı 55–78-ci dəqiqələr, erkən qol (30–40) “Qarabağ”dan, oyunun qırılması (ən riskli anlar) 60–65-ci dəqiqələrdə və son zərbənin vurulması 82–88-ci dəqiqələrdə gözlənilir.

Hesabla bağlı ehtimallara gəlincə belədir:

Qarabağ qələbəsi – 60–65% ehtimalla (2-1,3-1, 2-0 (10–12%))

“Ayaks”ın qələbəsi – 25–30% (1-2, 0-1)

Bərabərlik – 10–15% (1-1)

“Qarabağ”ımıza uğurlar!

Səyavuş