
Rusiyanın son sutka ərzində Zaporojye və Vilnyanks şəhərlərinə endirdiyi zərbələr nəticəsində 16 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə “ASTRA” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
“Son sutka ərzində Rusiya ordusu Zaporojye vilayətinin 26 yaşayış məntəqəsinə 640-dan çox zərbə endirib”, — vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib. Onun sözlərinə görə, 13 hava zərbəsi, 400-dən çox dron hücumu, dörd reaktiv yaylım atəşi hücumu və 200-dən çox artilleriya atəşi həyata keçirilib.
Nəticədə administrasiyaya binalara, avtomobillərə və infrastruktur obyektlərinə zərər dəyməsi ilə bağlı 130 məlumat daxil olub.

