ÜƏMT rəsmisi: Azərbaycanla əqli mülkiyyət sahəsində sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Baş səhifə
ÜƏMT rəsmisi: Azərbaycanla əqli mülkiyyət sahəsində sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) əqli mülkiyyət sahəsində Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir.

“Report” xəbər verir ki, bunu qurumun Əqli mülkiyyət və qabaqcıl texnologiyalar departamentinin direktoru Ulrike Till dekabrın 3-də Bakıda “Əqli mülkiyyət və süni intellekt” mövzusunda keçiriIən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, süni intellekt sürətlə inkişaf edəcək, ancaq bununla belə, mədəniyyət və insan yaradıcılığı əsrlər boyu yaşayayır:

“Bizim ortaq çağırışımız süni intellekt dövründə alqoritmin arxasındakı insanlığı itirməməkdir. İnnovasiya cəmiyyətə xidmət göstərməli və insani dəyərlərimizi əks etdirməlidir. Əqli mülkiyyət isə insan yaradıcılığı ilə texnoloji imkanlar arasında körpü rolunu oynayır”.

U.Till həmçinin Azərbaycan innovatorlarını, müəssisələrini, tədqiqat institutlarını və dövlət qurumlarını ÜƏMT-nin resurslarından faydalanmağa dəvət edib:

“Azərbaycanın həm sivilizasiyaların kəsişmə nöqtəsi, həm də yüksələn texnologiya mərkəzi kimi tanınması yeni dövrdə də öz əhəmiyyətini qoruyur. ÜƏMT olaraq əqli mülkiyyət sahəsində Azərbaycan innovatorları, tədqiqatçıları, startapları və dövlət qurumları ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”.