Azər Əmiraslanov: “Gələn ilin büdcə layihəsinə düzəlişlər edilib”

Baş səhifə
Azər Əmiraslanov: Gələn ilin büdcə layihəsinə düzəlişlər edilib

“2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinə bir sıra düzəlişlər edilib.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında – gələn ilin büdcə zərfinin III oxunuşda müzakirəsində bildirib.

“Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərclərinin 47,8 milyon manat artırılması təklif olunur. Bundan başqa, ərzaq və qida təhlükəsizliyi çərçivəsində heyvanlar arasında yoluxucu xəstəliklərə və epizootiya əleyhinə peyvəndləmə işləri üçün əlavə 3 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Bəzi dövlət orqanlarının fəaliyyətinin təşkili və onların maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı 1,2 milyon manat vəsaitə ehtiyac yaranıb. Sadaladığımız və cəmi 52 milyon manat təşkil edən bu xərclər büdcənin müvafiq ehtiyatları hesabına təmin olunacaq”, – deyə o qeyd edib.