Pakistanın şimal-qərbində yerləşən blok posta silahlıların hücumu nəticəsində 6 hərbçi ölüb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hücum Əfqanıstanla sərhəd yaxınlığında yerləşən Kurram bölgəsində baş verib.
Digər təfərrüatlar açıqlanmayıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

