Texnoloji həllər vasitəsilə neft-qaz platformalarının istismar müddətini uzatmaq olar – Kərim Şakuri

Baş səhifə

Bakı. Trend:

Bakıda keçirilən konfrans neft-qaz sektorunda yeni əməkdaşlıqlar
üçün imkan yaradır.

Bunu “Caspian Technical Solution” (CTS) şirkətinin direktoru
Kərim Şakuri Bakıda keçirilən”Asset Integrity & Corrosion and
Coatings Conference” tədbiri çərçivəsində Trend-ə açıqlamasında
deyib.

O bildirib ki, Bakı şəhərində təşkil olunan “Asset Integrity &
Corrosion and Coatings Conference” çərçivəsində neft-qaz
sənayesində fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlər
arasında görüş və təcrübə mübadiləsinin keçirilməsi gözlənilir:




“Tədbirdə beynəlxalq səviyyədə tanınmış bir sıra şirkətlərin
nümayəndələri iştirak edir və SOCAR-ın tərəfdaşları ilə birgə
individual görüşlərin təşkili planlaşdırılır. Qısa müddətdə konkret
müqavilələrin imzalanacağını demək tez olsa da, konfrans ilkin
danışıqların aparılması baxımından mühüm platformadır. Bu
danışıqların davamında müvafiq tenderlər keçirilə,
qiymətləndirmələr aparıla və sonda əməkdaşlıq müqavilələri əldə
edilə bilər”.

Şirkət rəhbəri əlavə edib ki, tədbirdə əsas müzakirə
mövzularından biri mövcud neft-qaz platformalarının yeni texnoloji
həllər vasitəsilə istismar müddətinin uzadılmasıdır. O qeyd edib
ki, bu məqsədə müasir texnoloji alətlərdən istifadə etməklə nail
olmaq mümkündür.