Qarabağ Dirçəliş Fondu 43 işçisinin könüllü tibbi və 3 nəqliyyat vasitəsinin KASKO sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Qala Sığorta” ASC-dir.
Qalib şirkətə 21 231 manat ödəniləcək.
Ötən il bu tenderin qalibi “A-Qrup Sığorta” ASC olub. Şirkətə 22 325 manat ödənilib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

