Çində “Huarong International” şirkətinin keçmiş rəhbəri edam edilib

Baş səhifə
Çində Huarong International şirkətinin keçmiş rəhbəri edam edilib

Çin hakimiyyəti dövlət maliyyə şirkəti olan “China Huarong International”ın keçmiş baş direktoru Bay Tyanxueyə verilmiş ölüm hökmünü icra edib.

“Report” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Maliyyəçi ümumilikdə 1,1 milyard yuan (155,61 milyon ABŞ dolları) məbləğində rüşvət almaqda ittiham olunaraq edam edilib.

2024-cü ilin mayında Tiencin şəhər məhkəməsi Bay Tyanxueyi korrupsiyada təqsirli bilib və haqqında ən yüksək cəza tədbiri – ölüm hökmü çıxarıb. Onun keçmiş rəhbəri Lay Syaomin isə 2021-ci ildə oxşar cinayətlərə görə edam edilmişdi.

Qeyd edək ki, Çin Xalq Respublikası 2012-ci ildə Si Cinpin rəhbərliyində “beşinci nəsil” liderlərin hakimiyyətə gəlməsindən sonra korrupsiyaya qarşı mübarizəni gücləndirib. Son illərdə genişmiqyaslı antikorrupsiya kampaniyası nəticəsində bir çox məmurlar, o cümlədən yüksək çinlilər vəzifələrini itirib və ömürlük həbs də daxil olmaqla, müxtəlif cəzalara məhkum olunublar.