“Real” Alonso ilə bağlı qərarını verdi

Baş səhifə

“Real Madrid”in baş məqçisi Xabi Alonso qovula bilər.

Metbuat.az xəbər verir ki, klub rəhbərliyinin Alonsoya şərt qoyduğu iddia edilir. “El Mundo” nəşrinin iddiasına görə, rəhbərlik UEFA Çempionlar Liqasında “Mançester Siti” ilə oyunla bağlı Alonsoya şərt irəli sürüb. İddia edilir ki, “Real Madrid” növbəti oyunda “Mançester Siti”yə məğlub olarsa Xabi Alonso istefaya göndəriləcək. Bu qərarın klubun idarə heyəti tərəfindən qəbul edildiyi irəli sürülüb.

Qeyd edək ki, “Real Madrid” La Liqanın sonuncu turunda “Selta”ya 0-2 hesabı ilə məğlub olub. La Liqanın son 5 matçında “Real Madrid” yalnız bir qələbə qazanıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.