
Hollandiya regionda davam edən gərginlik fonunda Den Helder gəmisini Karib dənizinə göndərib.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Nazirlik qeyd edib ki, Karib dənizindəki krallığın ərazilərinə mövcud təhdidlər səbəbilə gəminin göndərilməsi qərarı ehtiyat tədbirlərinə əsaslanır.
Lazım gələrsə, gəmi Hollandiya qüvvələrinə “logistik dəstək” göstərəcək.

