Fransada 3-cü əsrə aid xəzinə aşkar edildi

Baş səhifə

Fransanın Senon kəndində eramızın 280-310-cu illərinə aid Roma sikkəsi ilə dolu üç küp aşkar edilib.

Metbuat.az xəbər verir ki, evin döşəməsində müşahidə edilən qablarda 40000-dən çox Roma sikkəsinin olduğu bildirilib. Xəzinə ərazidə aparılan qazıntı işləri zamanı üzə çıxıb. Qablardan seyf kimi istifadə edildiyi güman edilir. Xəbərdə deyilir ki, bölgədə əvvəllər təxminən 30 sikkə xəzinə tapılmışdı. Buna görə də, mütəxəssislər bu kəşfin əsl əhəmiyyətinin sikkələrin sayında deyil, onların yerləşdiyi yerin təfərrüatlarında olduğunu hesab edir.

Mütəxəssislər bu küplərin tələsik gizlədilən xəzinə olmadığını hesab edirlər. Sikkələrin üzərindəki tarixlərə əsasən, onların eramızın 280 ilə 310-cu illərinə aid olduğu güman edilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.