Putin: Rusiyada ÜDM artımı 2025-ci ildə təxminən 1 % təşkil edəcək

Baş səhifə
Putin: Rusiyada ÜDM artımı 2025-ci ildə təxminən 1 % təşkil edəcək

2025-ci ildə Rusiyada ÜDM artımı təxminən 1 %, inflyasiya isə təxminən 6 % və ya daha aşağı səviyyədə gözlənilir.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Strateji İnkişaf və Milli Layihələr üzrə Şuranın iclasında deyib.

“Bu il iqtisadiyyatda yavaşlama müşahidə olunub və inflyasiyanın azalması ilə yanaşı, ÜDM-in artım tempi də aşağı düşüb. İlin sonuna qədər artım təxminən 1 %, inflyasiya isə təxminən 6 % və ya ondan aşağı olacaq”, – o qeyd edib.

Putin əlavə edib ki, işsizliyin aşağı səviyyəsi və mülayim inflyasiya saxlanılmaqla iqtisadi dinamikanın tədricən artırılması üçün şərait yaradılıb. O deyib ki, Mərkəzi Bankın proqnozuna görə, gələn il inflyasiya 4-5 % təşkil edəcək.

Rusiya lideri bildirib ki, hökumət 2030-cu ilə qədər iqtisadiyyatda struktur dəyişiklikləri planını hazırlayıb. O, gələn ilin sonuna qədər qlobal artım templərindən geri qalmayan iqtisadi artım tempinə nail olmaq üçün platformanın yaradılması məqsədilə bu planın dərhal həyata keçirilməsinin vacibliyini vurğulayıb.