Ötən ay 35 nəfər Avropadan Azərbaycana readmissiya olunub

Baş səhifə
Ötən ay 35 nəfər Avropadan Azərbaycana readmissiya olunub

Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində cari ilin noyabr ayı ərzində 35 nəfərin ölkəyə readmissiyası həyata keçirilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Eyni zamanda bildirilib ki, ümumilikdə 2025-ci ilin 11 ayı ərzində 458 nəfər şəxsin ölkəyə readmissiyası həyata keçirilib. Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.