
Misli Premyer Liqasının XIV turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” oyunu yarımçıq dayandırılıb.
Apasport.az xəbər verir ki, buna Qəbələdə dumanlı hava şəraiti səbəb olub.
Qarşılaşma 23-cü dəqiqədə dayandırılıb.
Matçın taleyi ilə bağlı qərar daha sonra veriləcək.

