
Səudiyyə Ərəbistanı spirtli içkilərin satışına qoyulan qadağaları yumşaltmaq üçün yeni addım atıb. Bundan sonra pulu olanlar Səudiyyə Ərəbistanında alkoqollu içkilər qəbul edə biləcək.
Metbuat.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, yeni qaydaya görə, ölkədə yaşayış icazəsi olan və ayda ən azı 13.300 dollar maaş alan qeyri-müsəlmanların spirtli içki içməsinə icazə verilir. Onlar 13.300 dollar maaş aldıqlarını sübut edən sənədi təqdim etməklə Ər-Riyadda yeganə içki satılan mağazadan alış-veriş edə biləcəklər.
Məlumatda o da bildirilir ki, spirtli içki satışına məhdudiyyət tətbiq olunacaq. Aylıq limiti keçənlər əliboş yola salınacaq.
“Bloomberg”in məlumatına görə, qadağaların yumşaldılmasında məqsəd turizmi təşviq etməkdir.

