Bəzi satış obyektlərində mənşəyi məlum olmayan turşu növlərinin satışı aşkarlanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Tərtər, Qusar və Bərdə
rayonlarında fəaliyyət göstərən ərzaq bazarlarında monitorinqlər
həyata keçirilib.

Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, aparılan nəzarət tədbirləri zamanı satış
məntəqələrində bir sıra nöqsanlar aşkarlanıb.




Belə ki, bazar ərazilərində çalışan işçilərin qida
təhlükəsizliyi standartlarına uyğun xüsusi geyimlərlə tam təmin
edilmədiyi müəyyən olunub. Süd və süd məhsullarının satışı
bölmələrində soyuducu avadanlıqların yetərsiz olduğu, bu
məhsulların ekspertiza aktları və daşınma sənədləri təqdim
edilmədən satışa çıxarıldığı qeydə alınıb.

Bununla yanaşı, toyuq və balıq məhsullarının üstü açıq şəkildə,
xarici təsirlərə məruz qalan formada satıldığı, sənədlərinin
olmadığı müəyyən edilib. Bəzi satış obyektlərində mənşəyi məlum
olmayan turşu növlərinin satışı da aşkarlanıb.

Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün bazar
sahiblərinə müvafiq göstərişlər verilib.