Ötən həftə baş vermiş qəzada xəsarət alan sürücü xəstəxanada ölüb

Baş səhifə
Ötən həftə baş vermiş qəzada xəsarət alan sürücü xəstəxanada ölüb

Bakı–Quba yolunda ötən həftə baş vermiş avtomobil qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.

“Report”un yerli bürosunun məlumatına görə, dekabrın 1-də Bakı–Quba magistral yolunun Yaşma kəndi yaxınlığından keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 1972-ci il təvəllüdlü Sabir Bədəlov ağır bədən xəsarətləri alıb.

O, təcili olaraq Bakıda yerləşən xəstəxanalardan birinə yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq, dekabrın 8-də həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.