Deputat: Azərbaycan dilinin son izahlı lüğəti ötən əsrin 60-cı illərində buraxılan nəşrə əsaslanıb

Baş səhifə
Deputat: Azərbaycan dilinin son izahlı lüğəti ötən əsrin 60-cı illərində buraxılan nəşrə əsaslanıb

Azərbaycan dilinin son dəfə 2006-cı ildə nəşr olunan izahlı lüğəti ötən əsrin 60-cı illərində buraxılan nəşrə əsaslanıb.

“Report”un məlumatına görə, bunu depuatat Cavanşir Feyziyev Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışında deyib.

O qeyd edib ki, əgər dilin inkişaf perspektivlərindən danışılırsa, bu mənada, izahlı lüğətin üzərində işləmək üçün xüsusi bir qurum yaradılmalıdır.

Deputat Azərbaycandakı tərcümə sahəsindəki boşluqlara da toxunub.

“Azərbaycan dilində tərcümə sahəsi də bərbad vəziyyətdədir. Dilin inkişafı üçün tərcümə işinin keyfiyyəti mütləq rola sahibdir. Hesab edirəm ki, Azərbaycanda tərcümə işinin inkişafına da ehtiyac var”.

Cavanşir Feyziyev həmçinin “dövlət dili” ifadəsinin düzgün ifadə olmadığını deyil.

“Dövlət dili ifadəsini o zaman işlətmək olar ki, dilin hansı dil olması şübhə doğursun. Bütün müstəqil dövlətlərdə dil rəsmi dil adlanır, bu mənada, “dövlət dili” ifadəsini doğru hesab etmirəm”.

Vitse-spiker Rafael Hüseynov isə deputatın dövlət dili iifadəsi lə bağlı iradına münasibət bildirərək qeyd edib ki, bu ifadə konstitsion anlayışdır.