Ceyhun Bayramov iranlı həmkarını Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı məlumatlandırıb

Baş səhifə
Ceyhun Bayramov iranlı həmkarını Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı məlumatlandırıb

Bu gün İranın xarici işlər naziri Seyid Abbas Əraqçiyə Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı son proseslər barədə ətraflı məlumat verilib.

“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda iranlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlığa əlavə olaraq həm siyasi, həm də iqtisadi layihələrin icrası baxımından üçtərəfli formatlar bir sıra region ölkələri ilə genişləndirilməsi baxımından müzakirələr aparılıb.

Nazir bildirib ki, həmkarına bölgədə son inkişaflar, Azərbaycan-Ermənistan arasındakı sülh gündəliyi ilə bağlı məlumat verilib.