Braziliya kitabxanasından məşhur rəssamların 13 qravürü oğurlanıb

Baş səhifə

Bakı. Trend:

Braziliyada iki silahlı cinayətkar San-Paulunun mərkəzində
yerləşən Mario de Andrade adına kitabxanaya daxil olaraq, fransız
rəssam Anri Matiss və braziliyalı rəssam Kandido Portinarinin ən
azı 13 qravürünü oğurlayıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Ekspozisiyada nümayiş etdirilən əsərlər sığortalanmışdı,
sərginin keçirildiyi məkanda mühafizə xidməti və videomüşahidə
sistemi mövcud idi. Hazırda araşdırma üçün faydalı ola biləcək
bütün materiallar polisə təqdim olunur”, – deyə ölkənin Mədəniyyət
və Bədii İqtisadiyyatı Katibliyinin bəyanatında qeyd olunub.




Məlumata görə, oğurlanan əsərlər Anri Matissə məxsus səkkiz
qravür və Kandido Portinarinin beş qravürüdür. Bu əsərlər San-Paulu
Müasir İncəsənət Muzeyi ilə birgə təşkil olunan “Kitabdan muzeyə”
adlı sərginin bir hissəsi olub.

Hüquq-mühafizə orqanları şübhəlilərin şəxsiyyətini müəyyən edib
və hazırda Braziliya polisi cinayətkarların axtarışı ilə
məşğuldur.