
Bakı. Trend:
Özbəkistan Senatı Azərbaycanla parlamentlərarası əməkdaşlığı
möhkəmləndirmək niyyətindədir.
Trend xəbər verir
ki, bunu Özbəkistan Senatının Məhkəmə-Hüquqi məsələlər və
Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Abdulhakim Eşmuratov
Bakıda keçirilən Azərbaycan Respublikası Konstitusiyasının 30
illiyinə və Milli Məclisin qurulmasının 107-ci ildönümünə həsr
olunmuş “Heydər Əliyev – suveren Azərbaycanın konstitusionalizminin
və parlamentçiliyinin qurucusu” mövzusunda beynəlxalq konfransda
çıxışı zamanı deyib.
“Özbəkistan Senatı Azərbaycanla parlamentlərarası əməkdaşlığı
bundan sonra da möhkəmləndirməyə, birgə təşəbbüsləri dəstəkləməyə
və xalqlarımızın maraqlarına xidmət edən münasibətləri inkişaf
etdirməyə hazırdır”, – deyə o bildirib.
Eşmuratov qeyd edib ki, son illərdə Özbəkistan və Azərbaycan
arasında münasibətlər misilsiz səviyyəyə yüksəlib:
“Bunun mümkün olması iki dövlətin rəhbərlərinin – Özbəkistan
Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində
mümkün olub”.
O əlavə edib ki, Özbəkistan və Azərbaycan arasındakı
münasibətlər yalnız ikitərəfli formatda deyil, həm də regional və
beynəlxalq səviyyədə əməkdaşlıq nümunəsidir.

