
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Abbas Əraqçi ilə təkbətək və geniş formatlı görüşlər keçirib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X”də paylaşım edib.
Müzakirələrdə Azərbaycan və İran arasında mehriban qonşuluq münasibətləri və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın hazırkı gündəliyini və perspektivləri diqqətə çatdırılıb.
Tərəflər xüsusilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və Şərqi Zəngəzur İqtisadi Bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə layihələri daxil olmaqla nəqliyyat-logistika sahəsinə diqqət yetirərək iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi yollarını və vasitələrini müzakirə ediblər.
Qeyd edilib ki, görüşdə humanitar əməkdaşlığa da toxunulub, o cümlədən Bakı-Tehran-Təbriz arasında artan uçuşlar, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq vurğulanıb.
BMT, Qoşulmama Hərəkatı və İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi və ?zərbaycanın azad edilmiş ərazilərində münaqişədən sonrakı yenidənqurma səyləri barədə fikir mübadiləsi aparılıb.
***
12:20
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İran xarici işlər naziri Abbas Əraqçi arasında təkbətək görüş keçirilir.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X”də paylaşım edib.

