Astrofizika kafedrası: “Maqnit qasırğası gözlənilir”

Baş səhifə
Astrofizika kafedrası: Maqnit qasırğası gözlənilir

Yerdə maqnit qasırğası gözlənilir.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından “Report”a verilən xəbərə görə, hazırda Günəş aktivliyi aşağı səviyyədədir.

Günəşdə bir neçə oblastda Yerə demək olar ki, təsiri olmayan C sinif alışmaları baş verıb. Hazırda Yerə istiqamətlənmiş tac kütlə atılması yoxdur. Əvvəlki alışmaların tarixcəsinə və Günəş səthində dəyişən aktiv oblastların potensialına əsasən, 8 – 10 dekabr tarixlərində M (R1/R2 – mülayim-orta) və X (güclü) alışmaların baş verəcəyi ehtimal olunur.

Bildirilib ki, dekabrın 8-də dekabrın 4-də Günəşi tərk edən tac kütlə atılmasının sürüşkən təsiri müşahidə oluna bilər.

Dekabrın 9-da baş verəcək təsir isə dekabrın 6-da Günəşi tərk etmiş tac kültə alışmalı ilə bağlı olacaq. Nəticədə geomaqnit aktivliyi göstərən Kp əmsalı orta coğrafi enliklərdə dekabrın 8-də 1-4, dekabrın 9-da nisbətən yüksək olmaqla 5-6 və sonrakı tarixlərdə normal 2-4 intervalında olacaq. Yüksək coğrafi enliklərdə dekabrın 8-də Kp əmsalı 2-4, dekabrın 9-da 5-7, dekabrın 10-da isə 5-6 intervalında olacaq.

Geomaqnit sahə dekabrın 4-də Günəşdən atılan tac kütləsi hesabına G1 (mülayim) səviyyədə olacaq. Bu hal dekabrın 6-da baş vermiş tac kültə atılması hesabına 10 dekabr tarixində də davam edəcək.

Sonrakı tarixlərdə geomaqnit sahənin sakit-dəyişkən olacağı proqnozlaşdırılır.