İranın xarici işlər naziri Abbas Araqçi Bakıya gəlib – YENİLƏNİB

Baş səhifə

İranın xarici işlər naziri Abbas Araqçi Bakıya gəlib.

APA xəbər verir ki, bu barədə nazirini “Telegram” kanalında məlumat verilib.

Qeyd edək ki, səfər çərçivəsində Abbas Araqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək, iki ölkə arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılacaq.
***
18:10

İran xarici işlər naziri Abbas Araqçi Azərbaycana səfərə yola düşüb.

APA xəbər verib ki, Abbas Araqçi bu barədə paylaşım edib.

Qeyd edək ki, səfər çərçivəsində Abbas Araqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək, iki ölkə arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılacaq.