Tayland ordusu Kamboca ilə sərhəddə yaşayan insanların təxliyə edilməsini elan edib

Baş səhifə

Bakı. Trend:

Tayland ilə Kamboca sərhədində baş verən atışmada iki Tayland
əsgəri yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Tayland Quru Qoşunlarının
İkinci Hərbi Dairəsi açıqlama yayıb.

Məlumata əsasən, Tayland qoşunları “Kamboca qüvvələri atıcı
silahlardan atəş açdıqdan” sonra toqquşmaya başlayıblar. İkinci
Ordu Dairəsinin komandiri bütün bölmələrin tam döyüş hazırlığı
vəziyyətinə gətirilməsini əmr edib.




“Tayland tərəfində iki yaralanan var. Tayland qüvvələri döyüş
qaydalarına uyğun olaraq mütənasib şəkildə cavab atəşi açıb.
Toqquşmalar dayandırılıb, lakin bölmələr tam hazırlıq
vəziyyətindədir və ərazinin təhlükəsizliyini təmin etməyə davam
edəcək”, – deyə bildirilib.

“Mövcud qeyri-müəyyənlik və toqquşmaların eskalasiyası ehtimalı
səbəbindən, dörd vilayətin – Buriram, Surin, Sisaket və
Ubonratçatxaninin sərhəd bölgələrinin sakinlərinə təhlükəsizlikləri
üçün mülki şəxslərin təxliyə planına uyğun olaraq təyin olunmuş
sığınacaqlara təxliyə etmələri tövsiyə olunur”, – deyə qeyd
olunub.