
İndoneziyanın Sumatra adasında güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 914-ə yüksəlib.
Metbuat.az xəbər verir ki, Antara xəbər agentliyinin məlumatına görə, Milli Fəlakətlə Mübarizə Agentliyi ölkədəki təbii fəlakətlərlə bağlı son rəqəmləri açıqlayıb.
Həlak olanların 359-nun Açe, 329-nun Şimali Sumatra, 226-nın isə Qərbi Sumatra bölgəsindən olduğu bildirilib.
Həmin ərazilərdə itkin düşmüş 389 nəfərin axtarışı isə davam edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

