Rusiya Silahlı Qüvvələri yalnız bu həftə ərzində Ukrayna ərazisinə 1 600-dən çox zərbə dronu, təxminən 1 200 idarəolunan aviasiya bombası və müxtəlif tipli 70 raket atıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
Dövlət başçısı hücumların əsasən mülki infrastruktur obyektlərinə yönəldiyini vurğulayıb:
“Demək olar ki, hər gün və hər gecə fövqəladə xidmətlərimiz Rusiya tərəfindən Ukrayna şəhərlərinə edilən hücumların fəsadlarını aradan qaldırır. Yalnız bu gün Rusiya qoşunları Ukrayna ərazisinə 240-dan çox dron və 5 ballistik raket buraxıb. Yeddi vilayətdə zərər çəkib. Təəssüf ki, Slavyansk və Çerniqov bölgəsində itkilər qeydə alınıb”.
Zelenski vurğulayıb ki, Ukrayna tərəfdaşlarla müdafiəni gücləndirmək üçün çalışır:
“Prioritet aydındır – daha çox hava hücumundan müdafiə sistemi və raketlər. Hər bir razılaşma sürətlə həyata keçirilməlidir”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

