Bakı. Trend:
Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Rayonunda baş verən
bir sıra yol-nəqliyyat qəzalarında doqquz nəfər ölüb, yeddi nəfər
yaralanıb.
Trend-in məlumatına görə, bu barədə “Xinhua” agentliyi yerli
hakimiyyətə istinadən bildirib.
Məlumata əsasən, hadisələr 6 dekabrda yerli vaxtla saat 22:00-da
Taçen dairəsinin Usu şəhər qəzasında sürətli yolun müxtəlif
hissələrində baş verib.
Xəsarət alalar xəstəxanaya aparılıb və onlara tibbi yardım
göstərilir.

