ABŞ narkokartellərə qarşı mübarizədə quru hədəflərinə zərbələr endirməyə başlayacaq

Baş səhifə

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri Latın Amerikasında narkokartellərlə
mübarizə məqsədi ilə yaxın vaxtlarda quru ərazilərindəki hədəflərə
zərbələr endirməyə başlayacaq.

Trend xəbər verir ki, bunu
ABŞ Prezidenti Donald Tramp Dövlət Departamentində keçirilən rəsmi
qəbul zamanı açıqlayıb.

Trampın sözlərinə görə, Vaşinqton bu məsələdə “çox sərt mövqe”
nümayiş etdirib və bunun nəticəsində ABŞ-yə dəniz yolu ilə narkotik
tədarükü 94 faiz azalıb.




“Biz eyni tədbirləri quruda da həyata keçirəcəyik, çünki bütün
marşrutları, bütün binaları, onların harada yaşadığını bilirik.
Onlar haqqında hər bir məlumata malikik”, – deyə prezident
bildirib.

O əlavə edib ki, ötən il ABŞ-də narkotik istifadəsi səbəbindən
təxminən 300 min insan həyatını itirib.

“Bu, dəhşətli bir müharibədir və biz buna göz yummayacağıq”, –
Tramp vurğulayıb.