İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

Baş səhifə

Bakı. Trend:

Bu gün İranın İslam Respublikasının xarici işlər naziri Abbas
Əraqçi Azərbaycana səfər edəcək.

Trend xəbər verir ki, səfər
çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək iranlı nazir
qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafını müzakirə
edəcək.

Azərbaycan Respublikasının xarici işlər nazirinin dəvəti ilə
həyata keçirilən səfər iki ölkənin Xarici İşlər nazirlikləri
arasında müxtəlif səviyyələrdə davam edən müntəzəm
məsləhətləşmələrin tərkib hissəsidir.