“Arsenal” klubunun heyətində ciddi itki baş verib

Baş səhifə

Bakı. Trend:

İngiltərənin “Arsenal” klubunun heyətində ciddi itki baş
verib.

Trend xəbər verir ki, Premyer
Liqanın 14-cü turunun “Brentford”la oyununda (2:0) zədələnən
Kristian Moskeranın durumu məlum olub.




Topuğundan xəsarət alan alan ispaniyalı müdafiəçinin zədəsi
ciddidir. 21 yaşlı mərkəz müdafiəçisi təxminən 6 həftə yaşıl
meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, “Arsenal” Kristian Moskeranı mövsümün əvvəlində “Valensiya”dan 15 milyon avroya transfer edib. İspaniya U-21
millisinin üzvü London təmsilçisinin heyətində 16 rəsmi matçda
meydana çıxıb.