
Bakı. Trend:
Azərbaycan boksçuları Rusiyanın Yuqorsk şəhərində neft ölkələri
arasında keçirilən Dünya Kubokunda 4 medal qazanıblar.
Trend Boks
Federasiyasına istinadən xəbər verir ki, məşqçi Rafiq İsmayılovun
rəhbərlik etdiyi komandada Malik Həsənov (67 kq) bütün rəqiblərini
üstələyib.
O, finalda Enxtor Teqşjarqalı (Monqolustan) məğlub edərək qızıl
medala yiyələnib.
Digər boksçularımızdan Yadigar Əliyev (51 kq) gümüş, Əli Miriyev
(60 kq) və Novruzəli Quliyev (75 kq) isə bürünc mükafat əldə
ediblər.
Qeyd edək ki, turnirdə 15 ölkənin təmsilçiləri mübarizə
aparıb.

